Nərimanov rayonu, Atatürk prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında Şərur MTK-ya məxsus 17 mərtəbəli yeni tikili binanın 14-cü mərtəbəsində ümumi sahəsi 88 kv/m olan 3 otaqlı (2 otaq studio) SUPER təmirli mənzil satılır. Binada qaz, su, işıq daimidir. İstilik sistemi kombidir. Mənzil çox ideal şəkildə təmir olunub və şəxsi yaşayış üçün təmir olunduğundan çox keyfiyyətli materiallardan istifadə olunub. Yerləşmə yerinə görə çox ideal yerdə yerləşir və ətrafda hər növ iaşə obyektləri mövcuddur. Mənzil əşyasız satılır. Mənzilin sənədi ÇIXARIŞDIR (KUPÇA) və İPOTEKAYA yararlıdır.
Şirkətin xidmət haqqı mənzilin nağd satış dəyərinin 1%-i təşkil edir.