2-OTAQLI MƏNZİL SATILIR – 95 000 AZN
“Abşeron Gənclər Şəhərciyi”ndə 11-mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 69,5 kv.m olan 2-otaqlı mənzil satılır. Inzibati ərazisi Xırdalan şəhərinə aid olan, Bakı-Sumqayıt şossesininn 7-ci km-ndə yerləşən və “Akkord” şirkəti tərəfindən inşa edilmiş Şəhərcikdəki bu bina 2009-cu ildə istismara verilib.
Qazı və işığı daimidir. Suyu qrafiklə iş günləri saat 07:00-dan 10:00-dək və 19:00-dan 22:00-dək, qeyri-iş günləri isə 08:00-dan 11:00-dək və 19:00-dan 22:00-dək verilir. Suyun daimi istifadəsini təmin etmək məqsədilə sanitar qovşağında tutumu 550 litr olan çən quraşdırılıb. Istilik sistemi kombidir, otaqlarda və mətbəxdə qızdırıcılar mövcuddur.
Mənzil dəhlizdən (6,8 kv.m), 1 mətbəxdən (15,2 kv.m), 1 sanitar qovşağından (3,6 kv.m), iki ayrı-ayrı otaqlardan (17 kv.m və 15,6 kv.m) və 1 şüşələnmiş balkondan (4,3 kv.m) ibarətdir. Mənzilin tikinti və təmirində ən yüksək keyfiyyətə malik Almaniya, İtaliya, Rusiya, Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan məhsullarından (təmir-tikinti materialları, mətbəx və sanitar qovşağı üçün santexnika və digər avadanlıq, istiləşdirmə, işıqlandırma su təchizatı sistemləri, mebellər, pərdə və çilçıraqlar və s.) istifadə olunub.
Şəhərcikdə bütün ifrastruktur – çoxlu sayda müxtəlif çeşidli mağazalar, supermarket, restoran, məktəb, poliklinika və s., Bakı və Sumqayıt istiqamətində hərəkət edən çoxsaylı nəqliyyat vardır. Mənzilin yerləşdiyi bina Şəhərciyin daxilində olduğundan əsas yolun səs-küylü trafikindən kənardadır.
Böyük, çoxsaylı şkafları və çəkəcəkləri olan mətbəx mebeli, paltaryuyan maşın, soyuducu, qaz və elektriklə çalışan mətbəx sobası (üstündəki başlıqla), 2 kondisioner, gərginlik stabilizatoru ilə birgə kombi qurğusu, balkonda şkaf-bufet, su qızdırıcısı, duş kabinası, mətbəxdə stol və 4 stul, yataq otağında iki çarpayı, yataq otağında və dəhlizdə iri tutumlu və rahat çəkəcəklərlə təchiz edilmiş şkaflar, Wi-Fi-routerlə birgə mənzilə çəkilmiş internet və kabel televiziya MƏNZİLİN SATIŞ QİYMƏTİNƏ DAXİLDİR!
Mənzil ideal vəziyyətdədir, heç bir təmirə ehtiyacı yoxdur, bütün sənədləri tam qaydasındadır, çıxarışı 2023-cü ilin mayında alınıb, ipotekaya yararlıdır. Real müştəriyə güzəşt mümkündür.
Qiymet: 95.000 azn
Xidmet haqqı: 1000 azn
Konum şertidir.