Yasamal rayonu, M.Xiyabani küçəsi. Bina İctimai TV-nin yaxınlığında yerləşir, həmin ətrafda ən səliqəli, baxımlı binalardan biridir. Domafon, 2 ədəd siqma lift, 3 qatlı yeraltı parkinq mövcuddur. Binanın hər iki tərəfində sakinlər üçün ayrılmış (avtomobillərə girişi qadağan olan) böyük həyəti var - uşaqlar üçün oyun meydançası, besedkalar. Həyət və qaraj 24 saat mühafizəsi olunur, ayrıca olaraq təhlükəsizlik kamera sistemi var. Qaz, işıq, su daimidir.
Mənzilin dənizə və şəhərə görüntüsü var. Təmirlidir və təmirdən sonra cəmi 1 il yaşayış olub. Çıxarış (kupça) var.