Aral Groupun memarlıq nümunəsi olan Greenville Residence-də şəxsi evimi satıram. Ev bazar dəyərindən ucuz satılır. Kompleksdə hazırda mənzilin yerləşmə yeri və mərtəbəsinə görə kvadratı 1600 manatdır. İnvestisiya üçün çox yaxşı fürsətdir, çünki binada kv.m. qiymətləri hər keçən gün artan tempdədir. Ev 2 otaq studiyadır, təhvili gələn il 1-ci rübdə olacaq. Hazırda binanın tikintisi gedir. Ev 5-ci mərtəbədə yerləşir və baxma yeri binanın həyətinə, tikilməkdə olan hovuz və malla tərəfdir. Endirim cüzi ediləcək. Müqavilənin addan-ada keçirilmə xərci alıcı tərəfindən ödəniləcək.
Yerləşdirilən hazır mənzil fotoları təhvil verilən binadan yeni proyektin fotolarıdır.