Yasamal rayonu, Tbilisi prospektində öz unikal dizaynı ilə tanınan “Grand Hayat” yaşayış kompleksində qanuni 3 otaqlı, təmirsiz (pod mayak) 148kvm. mənzil satışa çıxarılır. Mənzil 27 mərtəbəli binanın 27-ci mərtəbəsində yerləşir. Şəhərə panoraması var. Mənzili istəyinizə uyğun dizayn və tərtib edə bilərsiniz. Sənəd: müqavilə.
Yaşayış kompleksi qapalı həyətdə oyun və idman meydançası, istirahət zonası, 7/24 yüksək səviyyədə mühafizə, videomüşahidə, dörd sürətli lift, yeraltı və yerüstü parkinq ilə təchiz olunub. Kompleksin yaxınlığında yaşayış üçün lazımi bütün infrastruktur mövcuddur.
Qeyd: Əlavə məlumat almaq və mənzilə baxış keçirmək üçün buyurub əlaqə saxlaya bilərsiniz. Şirkət komissiyası 1% təşkil edir.