Mərtəbə
Sahə
Otaq
Sənəd
1/1
100.00 m²
3
Çıxarış (Kupça)

3 Otaq, Evlər/Villalar, Xəzər r., Şüvəlan q., 100.00 m²

310 000 AZN 3 100 AZN/m²

Xəzər rayonu Suvelan qəsəbəsində yerləşən bu möhtəşəm villa rahat və prestijli yaşayış axtaranlar üçün ideal seçimdir. 4 sot torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 100 kv.m olan ev həm yerləşməsi, həm də şəraiti ilə seçilir. Villa əsas yola çox yaxın məsafədə yerləşir, dənizə isə cəmi 15 dəqiqəlik yol var ki, bu da həm şəhər rahatlığını, həm də dəniz havasını bir arada yaşamaq imkanı yaradır.
Ev geniş və funksional görnüşə malikdir. Burada 2 rahat yataq otağı, işıqlı və geniş qonaq otağı, ayrıca mətbəx və tam təchiz olunmuş sanitar qovşağı mövcuddur. Otaqların geniş planlanması evə xüsusi rahatlıq və ferahlıq bəxş edir. Təhlükəsizlik məqsədilə villa müasir kamera sistemi ilə təchiz olunub.
Həyət hissəsi xüsusi zövqlə dizayn olunub və daim baxımlı saxlanılır. Burada ilin bütün fəsillərində istifadə edilə bilən qapalı hovuz yerləşir. Bundan əlavə, evdə sauna da mövcuddur ki, bu da istirahət və komfort sevənlər üçün böyük üstünlükdür. Həyətdə ailə və dostlarla xoş vaxt keçirmək üçün geniş söhbətgah yaradılıb.
Villa ərazisi bol yaşıllığı ilə diqqət çəkir. Həyətdə müxtəlif meyvə ağacları, dekorativ ağaclar və gözoxşayan landşaft elementləri mövcuddur. Sakitlik, təmizlik və komfortu bir arada təqdim edən bu villa həm daimi yaşayış, həm də bağ evi kimi istifadə üçün əla seçimdir.

Xarakteristika

Təmirin növü
Əla
Kamal ( Əmlak Agenti )
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
156368
Yeniləndi
27.05.2026
Baxış sayı
9

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

Populyar Axtarışlar