Xətai metrosunun yaxınlığında, Babək plazanın yanında, yeni tikili, 20 mərtəbəli binanın 20-ci mərtəbəsində, ümumi sahəsi 66 kv/m olan, 3 otaqlı studio mənzil satılır. Sənəd (Kupça) Çıxarışdır. Qaz, su, işıq, internet daimidir. İstilik sistemi kombidir. 1 studio qonaq otağı, 2 yataq otağı, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarətdir. Lift 19-cu mərtəbəyə qədər qalxır. 1 mərtəbə pilləkəndən istifadə olunur. İnfrastruktur cəhətdən mərkəzi yerləşmədə və çoxsaylı istiqamətə əlçatandır. Yerləşməsi Heydər Əliyev, Babək və Xocalı prospektlərinə rahat çıxışı təmin edir. Xətai metrosuna piyada 5 dəqiqəlik məsafədədir. 2 sürətli lifti, geniş həyəti və parkinqi mövcuddur. Mənzilə baxış, ətraflı məlumat və digər əmlaklar üçün əlaqə saxlaya bilərsiniz.
