3 Otaq, Evlər/Villalar, Xəzər r., Binə q., 108.00 m²

117 000 AZN

TƏCİLİ SATILIR! ƏLA TƏMİRLİ, TAM KUPÇALI, ƏŞYALI HƏYƏT EVİ - Binə qəsəbəsi


Yaşayış üçün tam hazır, modern və geniş həyət evi.
Həm ailələr, həm də rahat və sakit həyat arzulayanlar üçün mükəmməl seçimdir.


Binə qəsəbəsində yerləşən əla təmirli yerdən kürsülü, qoşa daşla tikilmiş bu ev 3 otaqdan ibarətdir: geniş qonaq otağı, 2 yataq otağı, tam təchiz olunmuş mətbəx, dəhliz və biri evin içində, digəri həyətdə olmaqla 2 sanuzeldən ibarətdir. Tikili sahəsi 108 m², torpaq sahəsi isə 3.5 sotdur.


Su, qaz, işıq, fiber-optik internet, telefon, kombi sistemi, kondisioner, ehtiyat 10 tonluq su çəni, seyf qapı, mətbəx mebeli, mərkəzləşdirilmiş kanalizasiya sistemi təmin edilib.


Divarlar, tavan və pol tam istilik və səs izolyasiyası olunub; Pəncərələr ikiqat şüşəli və reşotkalıdır.


Evin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub.


Yeni məişət texnikası və bütün əşyalar evin qiymətinə daxildir.
(No-Frost soyuducu, A++ 7kq paltaryuyan, kondisioner, dolablar, masalar, xalılar vs)


Həyətin hər yerinə su və elektrik xətləri çəkilib.
Geniş həyət tam aqlay daşlarla döşənib.


Həyətdə həmişəyaşıl ağaclar, güllər və geniş manqal çardağı mövcuddur; çardağın içində kömürlü barbekü və qazlı-elektrikli soba da var.
Həyətdə avtomatik işıqlandırma sistemi quraşdırılıb.


Kombi otağı depo kimi istifadə olunur və bütün gərəkli alətlərlə birlikdə verilir.


Evin tam kupçası (çıxarış) və bütün sənədləri qaydasındadır. Ərazidə yeganə evdir ki, bütün sənədləri hazırdır. Evə gedən bütün yollar asfaltlanmışdır, Məktəb və bağça piyada məsafəsində, evin yanında yerləşir, Yaxınlıqda bütün gərəkli infrastruktur və iaşə obyektləri mövcuddur.


Qiymət: 117,000 AZN


Əlavə məlumat üçün zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Xarakteristika

Ümumi sahə
108.00 m²
Mərtəbə
1/1
Otaq sayı
3
Sənədin tipi
Çıxarış (Kupça)
Təmir
Əla
Rauf A
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
118438
Yeniləndi
18.09.2024
Baxış sayı
127

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

Oxşar elanlar

Populyar Axtarışlar