İpoteka.az SAYTINDA ELAN

İpoteka.az saytında hər bir şəxs istər öz elanını, istərsə də vasitəçi kimi başqa birinin elanını yerləşdirə bilər.

Elan yerləşdirilməsi üçün saytın sağ üst hissəsində "Elan yerləşdir" bölməsinə daxil olmaq və müvafiq xanaları doldurmaq lazımdır. Elanın dərci üçün minimal şəkil sayı 4 ədəddir. Mənzilin, binanın və ya obyektin bayır şəklinin olması mütləqdir. Satmaq istədiyiniz əmlakın xəritədə yerinin göstərilməsi də müştərinin marağı baxımından önəmlidir.

Hər bir şəxs ay ərzində eyni telefon nömrəsi və ya email ünvanından istifadə etməklə yalnız 2 ədəd ödənişsiz elan yerləşdirə bilər. Yerləşdiriləcək üçüncü və ya daha çox elan üçün əlavə ödəniş tələb olunacaq. Siz ödəniş etdikdən sonra elanınız saytda dərc olunacaq.