Elan sahibi:

Ramiz (Mülkiyyətçi)

(055) 521-02-48

  • Əmlakın növü: Mənzil(Köhnə tikili)
  • Qiymət: 75000
  • Sahə: 48m2
  • Yerləşdiyi Mərtəbə: 5 | 5
  • Elanın kodu: 451
  • Şəhər: Bakı
  • MetroGənclik
  • Təmir səviyyəsiOrta təmirli
  • Elanın növüSatılır
  • Otaq sayı2
  • Sənədin tipiÇıxarış(Xüsusi)
  • LayihəXruşov
  • Ətraflı:
  • Ayna Sultanova heykəli ilə Azadlıq pr (keçmiş Karl Marks) arasında, İPƏK YOLU restoranı ilə üzbəüz, Home Life mebel salonunun yanında Ziya Bünyadov prospekti 32-də 2 otaqlı mənzil satılır! Elit ərazidir, ətrafında məktəb, uşaq bağçası, poliklinika, Kooperasiya Universiteti, İppodrom və Cıdır restoranıdır. Nərimanov rayonunda yerləşir. Binanın fasadı yenilənib, dam örtüyü keyfiyyətlə təmir olunub. Üstü çardaqdır. Mənzil Xruşov layihəli daş binada, 5 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşir. Mənzilin balkonu Ziya Bünyadov prospektinə, körpüyə baxır. Mənzil orta blokda yerləşir, yelçəkəndir. Mərkəzi istilik sistemi (otopleniyası) işləyir. Su, qaz, işıq daimidir, kommunal problem yoxdur. Kabel televiziyası və fiber optik internet mövcuddur. Mənzil orta təmirlidir, döşəməsi parket, divarlar oboy, pencərələr və qapılar taxta və plastik, çöl qapı seyf poladdır. Sanauzel birlikdədir, kanalizasiya və su xəttləri plasmasa dəyişdirilib, döşəməsinə metlax vurulub. Kafel isə köhnədir. Su çəninə ehtiyac olmasa da mövcuddur. Həyətində yalnız 2 binadır, uşaqların oynamaları üçün ərazi, besedkalar var. Avtomobilin parkovka yeri də mövcuddur. Binanın altında 2 market, əlavə olaraq ətrafda supermarketlər var. Binanın qarşısında avtobus dayanacağıdır, Gənclik metrosuna piyada 15 dəqiqəlik yoldur. Hazırda mənzildə aylığı 300 manata kirayəşin qalır. Mənzilin Çıxarışı (kupça) var, qeydiyyatda heç kim yoxdur. Sənədləri qısa müddətdə alqı-satqıya hazır etmək mümkündür. İpoteka krediti ilə almağa uyğun mənzildir. Mənzilin qiyməti 75 000 manat! Ev sahibi tərəfindən satılır. (Maklerlərdən xahiş edirəm narahat etməsinlər) Mənzilin şəkilləri əlavə olunur.

Oxşar elanlar

Mənzil(Köhnə tikili) - Satılır130000

Badamdar qəsəbəsi, Caspian Hospitalın yanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində orta təmirli, 90 kvadrat metr sahəsi olan ev satılır. Arakəsmələr kərpicdəndir. Döşəmə parketdir. Həyətde avtomobil park etmək üçün geniş sahə də var. Qazı və işığı daimidir. Damda 2 tonluq su çəni də var. ... Ətraflı

  • 4
  • 90 m2
  • 2017-04-07
  • Elmlər akademiyası

Mənzil(Köhnə tikili) - Satılır115000

Şəhərin mərkəzində orta təmirli mənzil satilir. Parket döşəməsi,küşəyə eyvanı, dayanacaqlı qorunan həyəti var. Mənzil ortadır,yaşamaq və kirayə vermək üçün əla variantdır. Mənzil mərkəzi istilik sistemi ilə təmin olunub.

 Ətraflı
  • 2
  • 55 m2
  • 2017-02-28
  • 28may

Mənzil(Köhnə tikili) - Satılır80000

Xalqlar dostluğu metrosunun yaxınlığında 2 otaqlı (otaqlar ayrıdır) əla təmirli ev satıram. Bina daş binadır tavanın hündürlüyü 2,8m-dir. Üstü mansarddır sonra dam gəlir (ona görə 6-nin 5-i yazmışam). Ev tamamilə sökülüb yenidən yığılıb. Bütün elektrik xətləri, santexnika xətləri hamısı yenidir. Evdə köhnə ... Ətraflı

  • 2
  • 55 m2
  • 2017-02-28
  • Xalqar dostluğu

Mənzil(Köhnə tikili) - Satılır150000

hal Hazirda Ipotekadadi 70000 ayda 540 manat. Butun senadleri var razilashmag olar iki ayi odenilib. mobil nomreye zeng ola biler catmasin whatsap iyle elage saxlamag olar. Ətraflı
  • 4
  • 115 m2
  • 2017-02-27
  • Elmlər akademiyası