İpoteka kreditinin alınma mərhələləri

İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:  

  1. Ipoteka kreditini almaq istəyən şəxs təsdiq edilmiş şərtlərə müvafiq olaraq öz imkanlarını qiymətləndirməlidir.
  2. İpoteka kreditlərinin şərtlərinə cavab verən şəxslər müvvəkil kredit təşkilarlarına  müraciət edərək ilkin qiymətləndirmədən keçməlidirlər.
  3. Kreditin anderraytinqi, bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyətini həmçinin ipoteka qoyulan əmlakın dəyərini və vəziyyətini qiymətləndirməsi həyata keçirilir. Nəticədə kredit təşkilatı kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.   
  4. İpoteka kreditinin rəsmiləşdirilməsi, bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar Dövlət qeydiyatına alınır.
  5. Kreditin verilməsi.
  6. Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.